Sudanda hərbçilər etirazçılara atəş açıb, həlak olanlar var - VİDEO

18:40 30-10-2021 379

Bu gün Sudan Respublikasının paytaxtı Xartum şəhərində keçirilən etiraz aksiyası zamanı hərbçilərlə mülki şəxslər arasında toqquşmalar baş verib, iki etirazçı həyatını itirib.

Bu barədə Sudanın Mərkəzi Həkimlər Komitəsi məlumat yayıb.

Belə ki, aksiyaya çıxan minlərlə sudanlı hərbi rəhbərliyinin istefasını və dövlətin idarəetməsini mülki hakimiyyətə təhvil verməyi tələb edib.

Sudan bayraqları ilə paytaxtda yürüş edən insanlar “Hərbçilərin gücünü mədh etmək olmaz” şüarları səsləndiriblər.

Təhlükəsizlik qüvvələri Müdafiə Nazirliyinə və paytaxtın hava limanına gedən yolları bağlayıb.

Mənbə: “RİA Novosti”