Gürcüstanda seçkilərin ikinci turu başa çatdı

21:00 30-10-2021 332

Qonşu Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu başa çatıb.

Səsvermə prosesi saat 20:00-da seçki məntəqələrinin səslərin sayılması üçün bağlanması ilə başa çatıb.

Bugünkü seçkilərin nəticələri əsasında beş böyük şəhərin (Tbilisi, Rustavi, Batumi, Kutaisi, Poti) və 15 bələdiyyənin meri, həmçinin 24 seçki dairəsi üzrə şəhər şuralarına deputatlar müəyyənləşdiriləcək.

Mənbə: “RİA Novosti”