Azərbaycanın qadın boksçusu ailə qurdu: Bəy polisdir - FOTO

22:40 30-10-2021 466

Bu gün Azərbaycanın qadın boks millisinin üzvü Anaxanım Ağayeva 26 yaşında subaylığın daşını atıb.

HerGun.Az-ın xəbərinə görə, o, sabiq boksçu, Azərbaycan çempionu, hazırda polis orqanlarında işləyən Akif İsmayılovla ailə həyatı qurub. Bu gün keçirilən toyda futbol veteranı Ramiz Məmmədov, boks üzrə Olimpiya mükafatçısı Şahin İmranov, sabiq boksçu Pərviz Bağırov və digər boks idman növünün təmsilçiləri iştirak edib.

Qeyd edək ki, Akif İsmayılov boks üzrə Əməkdar məşqçi Rafiq İsmayılovun oğludur.

Səbuhi Musayev