Goranboyda yük avtomobilinin vurduğu piyada ölüb - YENİLƏNİB

23:20 30-10-2021 376

Goranboy rayonunun Qızılhacılı qəsəbəsində "Mercedes" markalı yük avtomobilinin vurduğu piyada dünyasını dəyişib.

HerGun.Az xəbər verir ki, 1983-cü il təvəllüdlü R.Mirzəyev Gəncə şəhərindəki xəstəxanaların birinə aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

21:25

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə rayonun Qızılhacılı qəsəbəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı yük maşını piyada Mirzəyev Rüfəti (1983-ci il təvəllüdlü) vurub.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

İlhamə Əbülfət