İsrail Suriyanın hərbi infrastrukturuna raket zərbələri endirib: Yaralılar var

01:00 31-10-2021 361

İsrail Hərbi Hava Qüvvələri Suriyanın hava hücumundan müdafiə obyektlərinə raket zərbələri endirib, iki suriyalı hərbçi yaralanıb.

Bu barədə Suriyada döyüşən tərəflərin barışıq mərkəzinin rəhbəri kontr-admiral Vadim Kulit məlumat verib.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus dörd taktiki “F-16” qırıcısı Qolan təpələri yaxınlığındakı ərazilərindən Suriyanın hava məkanına daxil olmadan Suriya Ərəb Respublikasının hava hücumundan müdafiə obyektlərinə raket zərbələri endirib”, - deyə kontr-admiral vurğulayıb.

Rusiya ordusunun yüksək çinli hərbçisi əlavə edib ki, raket zərbəsi Suriyanın hərbi infrastruktura cüzi ziyan vurub, iki suriyalı əsgər yaralanıb.

Mənbə: “RİA Novosti”