“Barselona” yenə büdrədi

01:40 31-10-2021 469

Futbol üzrə İspaniya La Liqasının 11-ci turunda “Barselona” evdə “Deportivo Alaves”lə bacarmayıb.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Oyunda “Barselona”dan Memfis Depay(49-cu dəqiqədə) qonaqlardan isə Luis Rioxa(52-ci dəqiqədə) fərqlənib.

Qeyd edək ki, “Barselona” hazırda turnir cədvəlində 16 xalla doqquzuncu sırada qərarlaşıb.

Bu Kataloniya klubunun son 18 il ərzində göstərdiyi ən aşağı nəticədir.

Əlavə edək ki, “Barselona” bu ay dörd oyun keçirib və cəmi bir dəfə qələbə qazanıb.