Motosikletin mühəriki: 4K görüntü – VİDEO

03:00 31-10-2021 556

Amerikalı bloqer videokameraya zərər vermədən daxili yanma mühərrikin işini çəkməyi bacarıb. Bunun üçün bloqer müstəqil şəkildə akrildən şəffaf silindr hazırlayaraq, onu “Honda XR75” (1977-ci il nümunəsi) model motosikletin dörd vuruşlu mühərrikinin standart elementi əvəzinə quraşdırıb.

Yüksək keyfiyyətli 4K və “Super Slo-Mo” (çox yavaş çəkiliş) sayəsində videoda alovun hərəkətini görmək mümkün olur.

Müəllif bununla bağlı kadrı özünün “TROdesigns” “YouTube” kanalında paylaşıb.