Dünyanın ən məşhur robotu bu dəfə əfsanəvi ifaçının rəqsini təkrarladı - VİDEO

04:00 31-10-2021 449

“Boston Dynamics” mütəmadi olaraq öz robotlarının imkanlarını . Bu dəfə “Spot” adlı robot-it yeni rəqs nömrəsi sərgiləyib.

Bununla bağlı yayımlanan kadrlarda “Spot”un əfsanəvi “The Rolling Stones” qrupunun 1981-ci ildə yayımlanan “Start Me Up” klipindəki hərəkətləri təkrarladığı görünür.

Qeyd edək ki, “Boston Dynamics” şirkətinin əsası 1992-ci ildə qoyulub. Şirkət insanlara və heyvanlara məxsus hərəkətlər edən robotlar hazırlamaq üzrə ixtisaslaşıb.