Balakəndə iki minik avtomobili toqquşub, xəsarət alanlar var

07:00 31-10-2021 423

Balakən rayonunda yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhədi yolunun rayonun Qazbinə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində üç nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.