Bəzi rayonlarda istiliyin verilməsinə başlanıldı

11:00 01-11-2021 360

Respublikanın dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılıb.

HerGun.Az xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göstərişinə əsasən hər il noyabrın 1-də ölkənin dağlıq və dağətəyi rayonlarında istiliyin verilməsinə başlanılır.

Digər ərazilərdə və Bakıda isə istilik mövsümü noyabrın 15-dən başlayır.

Qeyd edək ki, hazırda “Azəristiliktəchizat” ASC-yə məxsus 550 qazanxana istismar edilməklə 3 800 yaşayış binası, mənzil, 291 məktəb, 150 uşaq bağçası, 159 səhiyyə, 112 büdcədən maliyyələşdirilən digər sosial obyekt və 1 188 təsərrüfat obyekti istiliklə təmin edilir.