Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı

14:00 01-11-2021 374

Cənubi Koreya Respublikası və ABŞ Hərbi Hava Qüvvələri birgə təlimlərə başlayıb.

Bu barədə Cənubi Koreya Müdafiə Nazirliyindəki mənbə məlumat verib.

Bildirilir ki, təlim beş gün davam edəcək. Təlimlərə Cənubi Koreyanın F-15K və KF-16, ABŞ-ın F-16 qırıcıları da daxil olmaqla yüzə yaxın təyyarə cəlb edilib. Respublikanın hava komandanlığı hər hansı təfərrüat verməkdən imtina edərək, manevrlərin plana uyğun şəkildə həyata keçirildiyini bildirib.

Son illərdə müttəfiqlər Şimali Koreya ilə diplomatik münasibətlərin bərpasını dəstəkləmək üçün birgə təlimləri məhdud miqyaslı keçirirlər.

Mənbə: TASS