Satıcılarla mübahisə edən müştəri mağazaya od vurdu - ANBAAN VİDEO

06:00 02-11-2021 477

ABŞ-da, Nyu-Yorkun Bruklin rayonunda satıcılarla mübahisə edən müştəri qısa müddət sonra oraya qayıdaraq əlindəki “molotov kokteyli” ilə mağazaya od vurub.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

İnsident nəticəsində satıcılardan biri xəsarət alıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs artıq saxlanılıb.

Mənbə: “Mash” “Teleqram” kanalı