Tretyakov qalereyasında Tahir Salahovun əsərlərindən ibarət sərgi keçirilir - FOTO

13:40 02-11-2021 473

Rusiyanın Moskva şəhərində yerləşən məşhur Tretyakov qalereyasında Azərbaycan və SSRİ Xalq rəssamı Tahir Salahovun əsərlərindən ibarət sərgi keçirilir.

Sənətkarın doğum gününə həsr olunan sərgi noyabrın 2-dən yanvarın 24-nə qədər davam edəcək.

Burada “Qladiolus” (1958), “Bəstəkar Qara Qarayevin portreti” (1960), “Aydan” (1967) da daxil olmaqla müəllifin yaradıcılığının orijinallığını üzə çıxaran 11 tablo təqdim olunur.

1928-ci ilin 29 noyabrında Bakıda anadan olan Tahir Salahov 2021-ci il mayın 21-də Almaniyada vəfat edib.

Mənbə: Tretyakovgallery.ru