Butulka ilə qadının başına vurdu, pulunu, telefonunu götürdü

15:27 21-08-2019 1120

Bakıda kişi butulka ilə qadının başına vurub. Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

Bu barədə HerGun.Az-a Nəsimi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata əsasən, avqustun 19-u saat 03:00-da Cavadxan küçəsi, bina 1-də Həsən adlı şəxs Abşeron rayon sakini, 1972-ci il təvəllüdlü Məlahət Əliyə hücum çəkib.

Zərbənin gücündən qadın huşunu itirib, ayılanda isə 70 manat pul, 1000 manatlıq qızıl əşyaları və mobil telefonunun yoxa çıxdığını görüb.

Bildirilir ki, zərərçəkən şəxs cinayətkarı tanıyıb.

Hazırda Nəsimi RPİ əməkdaşları şübhəli şəxsin axtarışındadırlar.

Bununla belə, polis əməkdaşları hadisəni soyğunçuluq kimi qiymətləndirməyə tələsmirlər. Axtarışda olan şəxsin zərərçəkənlə yaxın əlaqəsi olduğu barədə məlumat var.

Ramella İbrahimxəlilova