Filippində 150 ​​000 dozaya yaxın COVID-19 peyvəndi yanaraq məhv olub

05:00 03-11-2021 409

Filippində baş verən yanğın hadisəsi nəticəsində COVID-19 əleyhinə 148 678 doza peyvənd məhv olub.

Yerli KİV-lərin məlumatına əsasən, yanğın nəticəsində dörd müxtəlif istehsalçının vaksin dozaları sıradan çıxıb.

Yanğın Filippinin Paqadian şəhərinin yerli hökumət binasında baş verib.

Yerli hakimiyyət orqanları xəbər verir ki, yanğın nəticəsində 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza” Sinovac” və 88 938 doza “Pfizer” məhv olub.

Mənbə: CNN Philippines