Peyvənd olunmayanların koronavirusdan ölüm ehtimalı nə qədərdir?

07:20 03-11-2021 445

Koronavirusa qarşı peyvənd olunmayanların vaksin qəbul edənlərlə müqayisədə bu virusdan ölüm ehtimalı açıqlanıb.

Məlum olub ki, tam vaksinasiyadan keçənlərə nisbətdə həmin şəxslərin ölüm ehtimalı 32 dəfə yüksəkdir.

Müvafiq hesablama Britaniyanın Milli Statistika Ofisi (ONS) tərəfindən aparılıb. Qurumdan bildirilib ki, cari ilin 2 yanvar – 24 sentyabr aralığında vaksin olunmayanlar arasında ölüm əmsalı hər 100 min nəfərə 849.7 nəfər olduğu halda, peyvənd olunanlarda bu göstərici cəmi 26.2 nəfər təşkil edib.

Mənbə: ons.gov.uk