Həbib Nurməhəmmədov və Klarens Zeedorf birgə futbol məktəbləri açırlar – FOTO

09:40 03-11-2021 571

Keşmiş UFC çempionu Həbib Nurməhəmmədov Niderland millisinin sabiq futbolçusu Klaarens Zeedorfla birgə layihə həyata keçirir.

Bu barədə döyüşçü “Instagram” səhifəsində məlumat verib.

“Dünən “Seedorf Khabib Perfomance Club” layihəmizə start verilib. Dostum Zeedorfla birgə dünyanın hər yerində futbol məktəbləri açacağıq”, - deyə o bildirib.

Nurməhəmmədov qeyd edib ki, bu məktəblərdə həm futbol, həm də qarışıq döyüş növləri tədris ediləcək, həmçinin gənc nəslə idman və sosial vərdişlər aşılanacaq.