Çempionlar Liqasında daha iki komanda pley-offa daha tez vəsiqə qazana bilər

11:40 03-11-2021 465

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin digər görüşləri keçiriləcək.

HerGun.Az xəbər verir ki, bu görüşlərdən sonra “Liverpul” və “Ayaks”ın pley-off mərhələsinə çıxması dəqiqləşə bilər.

Gecənin görüşü İngiltərənin Liverpul şəhərində B qrupunda keçiriləcək. “Liverpul” Madriddə 3:2 yendiyi son İspaniya çempionu “Atletiko”nu qəbul edəcək.

“Liverpul”da Harvi Eliott, Nəbi Keyta və Ceyms Milnerin oynamayacağı dəqiqdir. Braziliyalılar – Tyaqo Alkantara və Fabinyonun meydana çıxması isə sual altındadır. Qonaq komanda itkilər daha çoxdur. Oynamayacağı dəqiq olan futbolçular Antuan Qrizmann, Toma Lemar, Markos Lyorente, İvan Saponyiç və Stefan Saviçdir. Jofre Kondoqbianın isə meydana çıxması hələ dəqiq bilinmir.

Çempionlar Liqası

A qrupu

00:00 “Mançester Siti” (İngiltərə) – “Bruqe” (Belçika)

00:00 “Leypsiq” (Almaniya) – PSJ (Fransa)

Xal durumu

1. PSJ – 7

2. “Mançester Siti” – 6

3. “Bruqe” – 4

4. “Leypsiq” – 0

 

B qrupu

21:45 “Milan” (İtaliya) – “Portu” (Portuqaliya)

00:00 “Liverpul” (İngiltərə) – “Atletiko” (İspaniya)

Xal durumu

1. “Liverpul” – 9

2. “Atletiko” – 4

3. “Portu” – 4

4. “Milan” – 0

 

C qrupu

00:00 “Sportinq” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə)

00:00 “Borusiya” (Dortmund, Almaniya) – “Ayaks” (Niderland)

Xal durumu

1. “Ayaks” – 9

2. “Borusiya” – 6

3. “Sportinq” – 3

4. “Beşiktaş” – 0

 

D qrupu

21:45 “Real” (İspaniya) – “Şaxtyor” (Ukrayna)

00:00 “Şerif” (Moldova) – “İnter” (İtaliya)

Xal durumu

1. “Şerif” – 6

2. “Real” – 6

3. “İnter” – 4

4. “Şaxtyor” – 1

Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın “Bayern” və İtaliyanın “Yuventus” klubları pley-offa vəsiqəni vaxtından öncə təmin edib.

Səbuhi Musayev