Bakıda əhalinin əməkhaqqıları artıb

13:20 03-11-2021 455

Bakı şəhəri üzrə muzdla çalışan şəxslərin orta aylıq nominal əməkhaqqıları açıqlanıb.

HerGun.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilib ki, ilkin məlumatlara əsasən, 2021-ci ilin yanvar-avqust aylarında işçilərin orta aylıq nominal əməkhaqqı 943,3 manat olub. 

Əvvəlki ilə nisbətən orta aylıq nominal əməkhaqqı 0,5 faiz artıb.