Xızıda gənc iş yoldaşı tərəfindən qətlə yetirilib

13:40 03-11-2021 440

Xızı rayonunda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Xızı rayonunda yerləşən “Yaşma Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətində qeydə alınıb.

Belə ki, orada mühafizəçi işləyən Sumqayıt şəhər sakini, 1999-cu il təvəllüdlü Mirzəbabayev Sərxan Oktay oğlu aralarında düşən mübahisə zəminində iş yoldaşı tərəfindən bıçaqlanıb. S.Mirzəbabayev aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.

Mərhumun meyiti aidiyyətı üzrə təhvil verilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.