Erkən doğulan uşaqlarda hansı xəstəliklər müşahidə edilə bilər? - HƏKİM RƏYİ

16:40 03-11-2021 336

“37 həftədən tez doğulanlar erkən doğulan uşaqlar sayılır. Bəzən 34-37 həftəsində doğulan uşaqlar yetişmiş uşağa oxşayır və evə tez göndərilir ki, burada problem yarana bilər”.

HerGun.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən deyib.

O bildirib ki, 37-42-ci həftə aralığında doğulan uşaqlar isə vaxtında doğulanlar hesab edilir:

“Aparılan elmi tədqiqatların nəticələrinə əsasən deyə bilərik ki, bir həftə belə uşaqların inkişafı üçün çox önəmlidir. Erkən doğulan uşaqlarda ürək, tənəffüs, görmə, eşitmə sistemlərində problemlər yaranır. Bir çox hallarda infeksiyaya yoluxma halları da ola bilir. Həmçinin beyinlə bağlı bəzən beyindaxili qanamalar ola bilər. Ona görə də həmin uşaqlara yüksək səs olmaz. Ümumiyyətlə erkən doğulmuş uşaqların çox səs-küylü məkanlara aparılması məsləhət görülmür”.

Könül Cəfərli