ADPU kollektivi “8 Noyabr Zəfər günü” münasibəti ilə İkinci Fəxri xiyabanda olub

18:39 03-11-2021 645

Noyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistr və doktorantura şöbəsinin “Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası və metodologiyası” ixtisasının müəllim və tələbə kollektivi 8 Noyabr Zəfər günü münasibəti ilə İkinci Fəxri xiyabanda olublar.

TurkicWorld-un məlumatına görə, İkinci Fəxri xiyabanı ziyarət edən universitet kollektivi Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.

Ziyarət zamanı universitet kollektivi Vətən müharibəsində şəhid olan və II Fəxri Xiyabanda dəfn olunan tələbə və məzunlarımızın da məzarlarını ziyarət edib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxuyublar.

Mənbə TurkicWorld