Vətən müharibəsi şəhidi polkovnik-leytenant Baxşəliyev Qəribin anım mərasimi keçirilib - FOTO

20:40 03-11-2021 424

Bu gün Xətai rayonunda Vətən müharibəsi şəhidi polkovnik-leytenant Baxşəliyev Qərib inqlab oğlunun anım günü münasibətilə 2-ci Fəxri Xiyabanda məzarı ziyarət olundu Sonra yaşadığı Xətai rayonu Sarayevo küçəsi 14 ünvanda yaşadığı binanın qarşısında xatirə lövhəsinin və parkın açılış mərasimi keçirildi.

Tədbirlərdə Nərimanov və Xətai rayonuları İcra Hakimiyyətinin rəhbərliyi Milli Məclisin sədrinin birinci müavini millət vəkili Adil Əliyev, Milli Məclisin deputatı Mahir Abbaszadə, YAP Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə, Vətən Müharibəsi Qəhrəmanları polkovnik Nizami Mövlanov, polkovnik-leytenant Anar Mirzəyev, Xalq artisti şəhid atası-Əli Nur  şəhidin ailə üzvləri, həmçinin  ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət başçısına, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər.

Məktəblilərin ifasında ədəbi-bədii kampazisiya təqdim olundu.