ÜST: Dünyada koronavirusdan ölüm göstəricisi 8 faiz artdı

21:20 03-11-2021 432

Ötən həftə dünyada üç milyondan artıq insan koronavirusa yoluxub, ölənlərin sayı 50 mini keçib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ötən həftə yoluxma göstəricisində üç faiz artım qeydə alınıb.

Ölüm halları ilə bağlı artım isə 8 faiz təşkil edib. Yoluxma hallarının təxminən 60 faizi Avropanın payına düşüb. Bu regionda yoluxma sayında artım 6 faizə bərabər olub. Koronavirusa yoluxmada Amerika ölkələrində 3, Qərbi-Sakit okean regionunda isə 2 faiz artım olub.

Mənbə: TASS