UNICEF xəbərdarlıq etdi: Haitidə qruplaşmalar məktəbliləri hədəf alır

00:00 04-11-2021 431

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Haitidəki məktəblərə uşaqların qruplaşmalar tərəfindən quldurluğa və ya pul müqabilində girov hədəfinə çevrilməsi barədə xəbərdarlıq edib.

Paytaxt Port-o-Prensdə azı 7 məktəbdə son iki ayda mühafizə müqabilində naməlum qruplaşmalar tərəfindən ödəniş etməyə məcbur edildiyi, digər qurumların da təhdid olunduğu bildirilir.

Qeyd edilir ki, məktəblərdə qorxunun artması daha az öyrənmə deməkdir. Qruplaşmalar sürətlə bilik məbədlərini zorakılıq səhnələrinə çevirir.

Qruplşmaların məktəblərdəki fəallığının artmasına diqqət çəkilib.

Qeyd edək ki, qruplaşma üzvləri Notre-Dam Universitetinin Sosial və Siyasi İqtisadiyyat fakültəsinin professoru Patris Derenonkortu qaçırdıqdan sonra onu öldürdüklərini bildiriblər.