Abşeronda 15 yaşlı yeniyetmə qız özünü binadan atıb

01:20 04-11-2021 370

Abşeron rayonunda intihar hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 2006-cı il təvəllüdlü Nəsirova Qumru Ramiz qızı yaşadığı binadan özünü atıb.

Yaralı əvvəlcə Abşeron rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, lakin vəziyyəti ağır olduğundan 1 sayli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı ona qabırğalararası və ətrafların çoxsaylı sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.