ABŞ-da konqresmen maskaya görə böyük məbləğdə cərimə edildi

08:00 04-11-2021 431

ABŞ-da məhşur konqresmen Marcori Teylor Qrin ( Corciya ştatında respublikaçı ) Nümayəndələr palatasında tibbi maska taxmaqdan imtina etdiyinə görə 48 min dollar cərimələnib.

Qrin azı 20 dəfə cərimələnib, konqresmenə ilk xəbərdarlıq may ayında edilib.

İlkin cərimə 500 dollar olub, lakin sonradan hər bir qanun pozuntusu üçün 2500 dollara ödəməli olub.

Qrin ABŞ Prezidenti Co Baydenə impiçment təklif etməklə tanınan keçmiş ABŞ prezidenti Donald Trampın fəal tərəfdarıdır.

Mənbə: CNN