Karateçilərimiz İstanbulda dünya çempionatında iştirak edəcək

15:20 04-11-2021 445

Azərbaycan karateçiləri 5-7 noyabr tarixlərində İstanbulda keçiriləcək şotokan karate üzrə dünya çempionatına yollanıb.

HerGun.Az xəbər verir ki, mötəbər yarışda mlli komandamızın və müxtəlif klubların üzvlərindən ibarət 30-dan artıq idmançını 7 məşqçi müşayiət edəcək.

Karateçilərimiz Türkiyədəki bu yarışda Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Ümumdünya Şotokan Federasiyasının (WSF) vitse-prezidenti və İdarə heyətinin üzvü Yaşar Bəşirov, həmçinin WSF-nin Azərbaycan nümayəndəsi Rənad Əliyevin rəhbərliyi altında iştirak edəcək.

Qeyd edək ki, dünya çempionatında 27 ölkədən 1000-dək idmançı mübarizə aparacaq.