XİN başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətdən DANIŞDI

15:40 04-11-2021 441

“Ermənistan-Azərbaycan arasında postmünaqişə dövrünə aid olan bir sıra məsələlər var. Bura həm nəqliyyat, kommunikasiya xətlərinin açılması məsələsi də daxildir. Bu məsələ Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatda yer alıb”.

Bunu “Report”un sualına cavab olaraq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

O xatırladıb ki, Azərbaycan-Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası keçirilməyib:

“Ümumilikdə bu, normal hal deyil. Dövlət sərhədlərinin müəyyənləşdirilməsinin sivil qaydaları var. Humanitar tipli məsələlər də var. Həmçinin xəritələrin təhvil verilməsi də yer alıb. Bu istiqamətdə bir çox təşəbbüslər də var. Qonşu dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı təşəbbüslər var. Azərbaycan tərəfi heç vaxt danışıqlardan çəkinməyib. Danışıqlara hər zaman cavab vermişik. Mövqeyimiz ədalətlidir. Beynəlxalq toplum və prinsip əsasında biz hər zaman münasibətləri normallaşdırmağa hazırıq. Bunun üçün görüşlər keçirmək lazım olacaqsa, biz görüşlərə açığıq. Təbii ki, gələcəkdə belə görüşlərin keçirilməsi istisna deyil”.