Tovuzda eyni şirkətin iki yük maşını toqquşdu - VİDEO

19:40 04-11-2021 492

Tovuz rayonunda yük maşınlarının toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın məluamtıan görə, hadisə rayonun Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Eyni şirkətə məxsus iki “Mersedes Ateko” markalı yük avtomobili toqquşub.

Sumqayıt şəhər sakini Vidadi Vaqif oğlu Şabanov avtomobildə sıxılı vəziyyətdə qalaraq xəsarət alıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. 

O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.