Makron Merkellə vidalaşdı: Kövrək anlar yaşandı – VİDEO

21:20 04-11-2021 468

Fransa prezidenti Emmanuel Makron Almaniya kansleri vəzifəsini icra edən Angela Merkelə Avropa üçün etdiklərinə görə təşəkkür edib.

E. Makron A.Merkeli Fransa Respublikasının ən ali mükafatlarından biri hesab olunan “Fəxri legion” ordeni ilə mükafatlandırıb.

Qeyd olunur ki, bu, A. Merkelin dövlət rəsmisi kimi Fransaya sonuncu səfəridir.

Qeyd edək ki, Fransanın ən ali fərqlənmə dərəcəsi ilə daha əvvəl Almaniya kanslerləri Konrad Adenauer, Villi Brand, Helmut Kol və Gerhard Şröder təltif ediliblər.

Mənbə: İzvestia