Rusiyada peyvənd vurdurmayan təcili yardım işçiləri kollektiv şəkildə istefa verdilər

03:00 05-11-2021 433

Rusiyanın Xabarovsk diyarında Yəhudi Muxtar Vilayətinin Obluçye şəhərində koronavirusa qarşı vaksin vurdurmayan tibb işçiləri istefa veriblər.

Təcili yardımda çalışan 15 əməkdaş peyvənd vurdurmaqdan imtina ediblər. Stansiyanın baş həkimi işçilərin 80 faizinin 15 noyabra qədər peyənd edilməli olduğunu, əks təqdirdə işdən qovulacaqlarını bidirib.

“Biz ərizə yazacağımızla bağlı əvvəlcədən rəhbərliyə xəbərdarlıq etmişik. Noyabrın 15-nə qədər işləyəcəyik”, - deyə təcili yardım xidmətinin işçisi qeyd edib. O eyni zamanda deyib ki, təcili yardım işçiləri koronaviruslu xəstələrlə işlədikləri üçün onlarda anticism formalaşıb. Amma onun bununla bağlı sübutu olmayıb.