Prezident XDMX-nin hərbi qulluqçularını və mülki işçilərini təltif etdi

19:00 21-08-2019 958

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin bir qrupunun təltif edilməsi haqqında sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, bir nəfərə “general-leytenant”, bir nəfərə “general-mayor” ali hərbi rütbələri verilib.

Dövlətimizin başçısının digər bir Sərəncamına əsasən, iki nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 5 nəfər “Vətən uğrunda”, 7 nəfər “İgidliyə görə”, 1 nəfər “Tərəqqi”, 24 nəfər isə “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.