Kişi arvadını və qayınanasını döydü

23:18 21-08-2019 1098

Xəzər rayonunda döyülmə hadisəsi baş verib.

HerGun.Az-ın verdiyi xəbərə görə, Bakıda kişi həyat yoldaşını və qayınanasını döyərək xəsarət yetirib.

Belə ki, Buzovna qəsəbəsində kişi ailə münaqişəsi zəmnində həyat yoldaşı 1987-ci il təvəllüdlü Hacıyeva Xalidə Zabit qızı və qayınanası, 1961-ci il təvəllüdlü Abdullayeva Güladə Sabir qızını döyərək xəsarət yetirib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu