"Kral qəsri" satışa çıxarıldı - FOTO

00:45 22-08-2019 993

Kraliça Mariya Stüartın daş iqamətgahındakı daşlardan tikilən Şotlandiya qəsri satışa çıxarılıb. 

BBC-nin verdiyi xəbərə görə, qəsrə səkkiz milyon funt sterlinq qiymət qoyulub.

Seton qəsri Edinburqdan 16 kilometr məsafədə yerləşir. Memar Robert Adam tərəfindən 1789-cu ildə inşa olunub. Onun tikintisində kraliça I Mariya Stüartın istirahət etməyi sevdiyi Seton Sarayının daşlarından istifadə olunub.

Qəsr 13 hektar ərazidə yerləşir. Ətrafında park, bağça və XV əsrə aid körpü var. Qəsrin içi tamamilə bərpa edilib, 13 yataq otağı, tövləsi və meyxanası olan evə çevrilib. Binada qədim kitabxana və gizli otaq da var.