Sendviçə görə adam öldürən şəxs saxlanıldı

02:00 22-08-2019 688

Fransa polisi ofisiantın ölümündə şübhəli bilinən şəxsi saxlayıb.

"RİA-novosti"nin verdiyi xəbərə görə, qətl hadisəsi sendviçə görə baş verib. 

Hadisə avqustun 16-da Fransa Paris yaxınlığındakı Nuazi-le-Qran kommunasında baş verib. 
Şahidlərin sözlərinə görə, kişi 28 yaşlı ofisianta atəş aşıb. O, sifariş etdiyi sendviçin gec hazır olmasına qəzəblənib. Həkimlərin səylərinə baxımayaraq, ofisiantın həyatını xilas etmək mümkün olmayıb. O, hadisə yerindəcə keçinib.

Şübhəli şəxs Parisin yaxınlığındakı şəhərlərdən birində saxlanıb. 

Saxlanılan şəxsin əvvəllər də məhkum olduğu ortaya çıxıb.