Bakıda müəmmalı bıçaqlanma

04:18 22-08-2019 1092

Bakıda Sabunçu rayonunda 21 yaşlı gənc bıçaqlanıb. 

HerGun.Az bildirir ki, Bakıxanov qəsəbəsində 1998-ci il təvəllüdlü Vəliyev Rahib Azər oğlu naməlum şəraitdə bıçaq xəsarətləri alıb. 

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. R.Vəliyevə qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Kamil Əmirli 

Elşad Mətləboğlu