Türkmənbaşı silahdan atəş açdıqdan sonra hədəfdə aftoqraf qoydu - VİDEO

21:00 11-11-2021 392

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov odlu silahdan atıcılıq məharəti nümayiş etdirib.

Məlumata görə, Türkmənistan lideri tapança ustalığını hərbi və hüquq-mühafizə orqanlarının təsərrüfat idarəsinin yaradılması üzrə işləri yoxlamaq məqsədilə Aşqabad yaxınlığındakı rayonlardan birinə səfəri zamanı göstərib.

“Atıcılıq tirində dövlət başçısı hədəfə bir neçə dəfə atəş açıb və bütün güllələr hədəfin mərkəzinə dəyib ki, bu da xalq liderinin yüksək məharətindən xəbər verir”, - deyə məlumatda deyilir.

Ənənəvi olaraq, Berdıməhəmmədov hədəfə avtoqraf qoyub.

Mənbə: Altyn Asyr