Rusiyalı illüstrator öz əsərini “Squid Game” serialında gördü - FOTO

05:40 13-11-2021 387

Rusiyalı illüstrator Yelena Barenbaum Cənubi Koreyanın məşhur “Squid Game” serialının epizodlarından birində “Dovşanlar” adlı əsərini kəşf edib.

Bu barədə onun özü məlumat verib.

“Dostlar, təxminən 20 nəfər mənə işimin göründüyü kadrla bağlı ekran görüntüləri göndərdi. Bundan sonra mən özüm xüsusi olaraq bu seriala baxdım, amma “Dovşanlar”ın göründüyü anı tapa bilmədim, təsəvvür edirsiniz?!", - deyə o bildirib.

Barenbaum onu da vurğulayıb ki, təxminən bir il əvvəl bu obraz ondan eksklüziv lisenziya əsasında böyük məbləğə alınıb.

“Mən onu kimin aldığını dəqiq bilmirəm. Ola bilsin “Netflix”. Baxmayaraq ki, bir vaxtlar bu şəkilli çoxlu afişalar var idi və yaxşı satılırdı. Bəlkə də onlardan biri serialın yaradıcılarının əlinə keçib. Ya ümumiyyətlə, o, kadrda təsadüfən görünüb... Düzünü desəm, bilmirəm”, - deyə rəssam bildirib.

O həmçinin vurğulayıb ki, satın alındıqdan sonra rəsm bütün saytlardan silinib.