Yerevanda kriminal avtoritet öldürülüb, rusiyalıdan şübhələnirlər

09:45 22-08-2019 1035

Ermənistan polisi rusiyalını Yerevanda Andik Massivski kimi tanınan kriminal avtoritet Andranik Arutyunyanı öldürməkdə şübhəli bilir.

"RİA Novosti" xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, aparılmış operativ-axtarış və istintaq tədbirləri nəticəsində cinayətin üstü açılıb. Məlum olub ki, qətli 32 yaşlı Rusiya vətəndaşı törədib.

Yerevanın 50 yaşlı sakini ona cinayət əməlində yardım edib. Paytaxt sakini saxlanılıb. Hüquq-mühafizə əməkdaşları şübhəlini və cinayətin törədildiyi silahı axtarır.

Xatırladaq ki, A.Arutyunyan iyulun 2-də Yerevan ətrafında güllələnib. "Qətl" və "qanunsuz silah saxlama və daşıma" maddələri üzrə cinayət işi qaldırılıb. Sözügedən maddələr üzrə maksimum cəza 15 il azadlıqdan məhrum etməni nəzərdə tutur.