OPEC-dən bədbin proqnoz: Neft ucuzlaşacaq?

11:00 17-11-2021 426

Dünya bazarı neftin həddən artıq bolluğu ilə üzləşə bilər.

Bu xəbərdarlıqla Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo çıxış edib.

OPEC-in baş katibinin sözlərinə görə, artıq 2021-ci ilin dekabrında dünya neft bazarında təklif tələbi üstələyəcək.

Məhəmməd Barkindo hesab edir ki, bu, pandemiyadan sonra qlobal iqtisadiyyatın bərpasının tədricən yavaşlaması ilə əlaqədardır.

Mənbə: Lentar.ru