Peşə təhsili müəssisələrinə sənəd qəbulu başladı

10:54 22-08-2019 945

Bu gündən peşə təhsil müəssisələrinə sənəd qəbulu başlayır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sənədlərini 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, avqustun 21-də 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.