ABŞ-dan Fələstinin “çiçəklənməsi” planı

01:27 23-06-2019 648

ABŞ Fələstinin inkişafını nəzərdə tutan planını açıqlayıb.

RİA Novosti xəbər verir ki, “Sülhdən çiçəklənməyə doğru” adlı plan Fələstin iqtisadiyyatına 50 milyard dollar sərmayənin yatırılmasını, ÜDM-in iki dəfə artırılmasını və yoxsulluğun iki dəfə azaldılmasını nəzərdə tutur.

Sənəd müəllifləri hesab edirlər ki, bu hədəflərə 10 il ərzində çatmaq mümkündür.

Onların fikrincə, plan İordan çayının qərb sahili və Qəzza zolağının transformasiyasında mühüm rol oynayacaq.