Berdiməhəmmədov azərbaycanlı müğənnilərə hədiyyə verdi - FOTO

11:09 22-08-2019 716

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Birinci Xəzər İqtisadi Forumunda Azərbaycandan olan sənətçilər də iştirak edib.

HerGun.Az xəbər verir ki, Əməkdar artist Rəşad İlyasov və müğənni Samirə Əfəndi Avazada təşkil olunan gecədə çıxış ediblər.

Tədbirdə Rusiyanın pop ulduzları Sergey Lazerev, Nyuşa, İran və Qazaxıstandan dəvət olunmuş ifaçılar da səhnəyə çıxıb.

Konsertdən sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə sənətçilərə hədiyyələr verilib.

Hədiyyələri sənətçilərə ölkənin Mədəniyyət naziri Şamuradov Atageldi təqdim edib.

Rəşad Əliyev