Cavid Qurbanov və Fazil Məmmədovun federasiyalarında seçki keçiriləcək

15:00 26-11-2021 401

Bu gün daha iki idman federasiyasının Hesabat-Seçki Konfransı keçiriləcək.

HerGun.Az-ın xəbərinə görə, saat 16:00-da Azərbaycan Voleybol Federasiyasında, bundan iki saat sonra Azərbaycan Velosiped İdmanı Federasiyasında oxşar yığıncaq baş tutacaq.

Hər iki tədbir Gənclər və İdman Nazirliyində baş tutacaq.

Qeyd edək ki, Voleybol Federasiyasının prezidenti “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. O, 2016-cı ilin oktyabrın 12-dən bu federasiyanın prezidentidir. Velosiped İdmanı Federasiyasının rəsmi prezidenti isə sabiq vergilər naziri Fazil Məmmədov sayılır. Onun yerinə müdafiə sənayesi naziri Mədət Quliyev namizəddir.

Xatırladaq ki, bu gün Azərbaycan Şahmat Federasiyasında prezident dəyişikliyi olub. Prezident postunda Mərkəzi Bankın sədri Elman Rüstəmovu SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş direktoru Mahir Məmmədov əvəzləyib.

Səbuhi Musayev