Qəzaya düşən helikopterlə bağlı Gürcüstan səfirliyi Azərbaycan xalqına başsağlığı verdi - FOTO

16:00 01-12-2021 456

Gürcüstanın Azərbaycandakı səfirliyi Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan hərbi helikopterində həlak olanlarla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.

Diplomatik nümayəndəlik bununla bağlı “Twitter”də paylaşım edib.

“Gürcüstan səfirliyi hökumətə, həmçinin dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir”, - deyə bəyanda bildirilib.