ABŞ-da “omikron” ştammına ilk yoluxma halı aşkarlandı

03:00 02-12-2021 360

ABŞ-da koronavirusun “omikron” ştammına ilk yoluxma halı qeydə alınıb.

Bu barədə ölkə mediası ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərin məlumatlarına istinadən xəbər verib.

Məlumata görə, COVID-in ən son variantına Kaliforniya ştatında rast gəlinib

Qeyd edək ki, bir müddət öncə ABŞ prezidenti Co Bayden “tez və ya gec” koronavirusun bu ştamının ölkədə tapılacağına əmin olduğunu bildirib.

Mənbə: TASS