Trampdan miqrantların kütləvi deportasiyası anonsu

05:18 23-06-2019 587

ABŞ prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən çıxarılması qərarının icrasını təxirə salmaq fikrinə gəlib.

"RİA Novosti" xəbər verir ki, müvafiq qərar iki həftə sonra icra olunacaq.

“Demokratların xahişi ilə qanunsuz miqrantların deportasiyası prosesini iki həftəlik təxirə saldım. Görək demokratlarla respublikaçılar bir araya gələrək cənub sərhədində sığınacaq probleminin həllini tapa biləcəklərmi”, - deyə Tramp vurğulayıb.

ABŞ prezidenti qeyd edib ki, anlaşma əldə olunmasa, miqrantların deportasiyasına başlanılacaq.