Bakıda Göyçay sakinini bıçaqladılar

01:09 23-08-2019 768

Göyçay sakini Bakıda bıçaqlanıb.

HerGun.Az xəbər verir ki, Nərimanov rayonunda tanışlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

Rayonun R.Əliyev küçəsində 1951-ci il təvəllüdlü Yadulla İsmayılov tanışı olan Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həbibulla Eyvazovla mübahisə edib. 

Münaqişə zamanı H.Eyvazov bir neçə bıçaq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən Y.İsmayılov Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Hadisənin dədiq olaraq hansı səbəbdən baş verməsi aparılan araşdırmalardan sonra bəlli olacaq.

Kamil Əmirli
Elşad Mətləboğlu