Polşada tufan və ildırımlar 4 nəfərin həyatına son qoydu

05:27 23-08-2019 1333

Polşanın Tatrı dağlarına ildırım düşməsi nəticəsində dörd nəfər ölüb, 30 yaxın yaralanıb.

RBK xəbər verir ki, avqustun 22-də Tatrı dağlarında gözlənilmədən güclü tufan qalxıb.

Xilasedicilərin sözlərinə görə, ildırımı Qevont dağının zirvəsindəki metal xaç yaxud dəmir troslar cəzb edib. Nəticədə 4 nəfər ölüb, onlarla insan yaralanıb.

Polşa prezidenti Anjey Duda hlak olanların ailələrinə baş sağlığı verib.

Hadisə yerində xilasetmə işləri davam etdirilir.